- 11 Aprel 21:52
"Son dövrlərdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən verilən tapşırıqlar, Ali Məhkəmədə aparılan islahatlar bütövlükdə məhkəmə sisteminə yeni keyfiyyət qazandırıb".
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Hikmət Məmmədov parlamentin bu gün keçirilən iclasında deyib.
O bildirib ki, son dövrlərdə məhkəmə qərarlarından şikayətlər getdikcə azalmaqdadır: "Düşünürəm ki, bu, məhkəmə sahəsində aparılan islahatların nəticəsidir".
Deputat yeni təyin olunan hakimlərin öz üzərlərinə böyük məsulliyət götürdüklərini deyib: "Həm hakimiyyətin üçüncü qolunun ədaləti nümayiş etdirməsi, həm də vətəndaş məmnunluğunun təmin edilməsi baxımından bu çox məsuliyyətli peşədir. Yeni təyin olunan hakimlərə uğurlar arzulayıram".
Şəbnəm Mehdizadə