Konstitusiya Məhkəməsinin hakimi Rafael Qvaladze təqaüdə göndərildi


  • 10 Aprel 11:34

Konstitusiya Məhkəməsinin hakimi Rafael Qvaladze təqaüdə yola salınıb.

E-huquq.az xəbər verir ki, təqaüdə yola salınmasına səbəb Rafael Qvaladzenin son yaş həddinə çatması ilə bağlıdır.

Xatırladaq ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Rafael Qvaladzeni “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Qeyd edək ki, R.Qvaladze 1948-ci il yanvarın 1-də Gürcüstanın Laqodexi şəhərində anadan olub. 1971-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Həmin il Ali Məhkəmədə əmək fəaliyyətinə başlayıb, 1998-ci ilədək baş məsləhətçi, şöbə rəisi, hakim işləyib, eyni zamanda prokurorluq və ədliyyə orqanlarında müxtəlif vəzifələrdə çalışıb.

O, 1998-ci il iyulun 14-də Konstitusiya Məhkəməsinin hakimi təyin olunub.

Xatırladaq ki, Milli Məclisin aprelin 11-ə təyin olunan iclasının gündəliyinə keçmiş hərbi prokuror Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinə hakim təyin edlməsi ilə bağlı məsələ daxil edilib.

mənbə: Report

Oxşar xəbərlər