Milli Məclisdə 16 hakimlə bağlı məsələlər müzakirə edildi


  • 17:00

Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında iclası keçirilib. İclasın gündəliyinə cənab Prezident tərəfindən təqdim olunmuş Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə və regional apellyasiya məhkəmələrinə hakimlərin təyin olunması ilə bağlı 5 məsələ daxil edilib.

E-huquq.az xəbər verir ki, Komitənin üzvü Nizami Səfərov bildirib ki, namizədlikləri irəli sürülmüş hakimlərin peşəkarlığı və iş təcrübəsi nəzərə alınaraq, ümumilikdə 16 hakimlə bağlı məsələlər müzakirəyə təqdim olunub.

Onlardan 1 nəfərin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə, 3 nəfərin Bakı Apellyasiya Məhkəməsinə, 2 nəfərin Sumqayıt Apellyasiya Məhkəməsinə, 2 nəfərin Şəki Apellyasiya Məhkəməsinə, 4 nəfərin Şirvan Apellyasiya Məhkəməsinə təyinatı nəzərdə tutulub.

Həmçinin apellyasiya instansiyası məhkəmələrinin 4 hakiminin iş yerlərinin dəyişdirilməsi ilə əlaqədar vəzifədən azad olunması da gündəmdədir.

Oxşar xəbərlər