- 20:59
"Məhkəmə hakimiyyətində ədalət prinsipləri əsasında gəncləşdirmə prosesi aparılır, təcrübə mübadiləsi həyata keçirilir".
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli komitənin bu gün keçirilən iclasında deyib.
O, son dövrlərdə qadın hakimlərin sayının artmasına da xüsusi diqqət çəkib.
Qeyd edək ki, iclasın gündəliyinə cənab Prezident tərəfindən təqdim olunmuş Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə və regional apellyasiya məhkəmələrinə hakimlərin təyin olunması ilə bağlı 5 məsələ daxil edilib.