"Məhkəmə sistemində islahatlar beynəlxalq təcrübə öyrənilməklə tətbiq olunur" - Kərəm Mansurov


  • 16:49

"Məhkəmə sistemində həyata keçirilən islahatlar beynəlxalq təcrübə, normalar, prinsiplər öyrənilməklə tətbiq olunur".

E-huquq.az xəbər verir ki, bunu Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında deyib.

O, son dövrlərdə Məhkəmə-Hüquq Şurasıtərəfindən görülən işlər və ümumillikdə, məhkəmə sistemində həyata keçirilən islahatlar barədə məlumat verib.

Bildirib ki, hakimlərin qəbulu, qiymətləndirilməsi, irəli çəkilməsi, elektron məhkəmə sisteminin inkişafı və vətəndaş müraciətlərinə baxılması kimi sahələrdə kompleks tədbirlər həyata keçirilir.

K.Mansurov qeyd edib ki, hakimlərin irəli çəkilməsi məqsədilə Məhkəmə-Hüquq Şurasının nəzdində Hakimlərin Qiymətləndirilməsi Komitəsi yaradılıb.

Oxşar xəbərlər