- 7 Aprel 20:59
Ukraynalı kriminal avtoritet Oleq Krapivin ("Oleq Bakinski") və onunla birgə ittiham olunan Konstantin Kuçerin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə Kuçer Konstantinin vəkili vəsatətlə müraciət edib.
O bildirib ki, 31 iyunda zərərçəkən tərəfindən verilmiş şikayət ərizəsində Kuçer Konstantinin adı olmadığı halda o, istintaqa çağırılıb. Vəkilin sözlərinə görə, Kuçer Konstantin barəsində heç bir şikayət olmadığı halda şübhəli şəxs qismində istintaqa cəlb edilib və onun hüquqları pozulub.
Vəkil əlavə edib ki, istintaq vaxtı tərəflərindən 12 vəsatət verilib. Bunların bir qismi təmin edilib.
Amma cinayət işi ilə əlaqədar olan vəsatətlər təmin edilməyib. Vəkil bildirib ki hətta Kuçerin saxlanılması ilə bağlı Ukrayna Səfirliyinə məlumat verilməyib. ”Bizə onun harada saxlanıldığı haqda məlumat verilməyib. Mən müdafiə etdiyim şəxslə görüşmək və ona ərzaq verə bilmək üçün bütün istintaq təcridxanalarını gəzdim”.
Vəkil birinci vəsatət olaraq bütün bunlarla əlaqəli "Azər Poçt"dan və Baş Polis İdarəsindən məktubların məhkəməyə təqdim edilməsini xahiş edirəm.
Konstantin Kuçerin vəkili ikinci vəsatət olaraq 1 avqust 2024 cü il tarixində “Babək Plaza”dan ələ keçirilən kameraların məhkəmə tərəfindən video görüntülərinə baxışın keçirilməsini istəyib. O qeyd edib ki, ofisdə quraşdırılan kameralardakı görüntülərə baxılsa təqsirləndirilən şəxslərin heçkimə xəsarət yetirmədiyi məlum olacaq.
Vəkilin üçüncü vəsatəti "Yeni Klinika"dan zərərçəkən şəxslərin xəstəxanaya nə vaxt müraciət etməsi və rentgen məlumatlarının verilməsi ilə bağlı olub.
Dördüncü vəsatət isə vəkilin 161 və 102-yə müraciəti ilə bağlı sənədlərin alınması ilə əlaqədardır. “Mən müstəntiqin hərəkətindən şikayət etdikdən sonra o, müvafiq prosessual hərəkətlər edib”.
Dövlət ittihamçısı “Yeni Klinika” ilə bağlı vəsatətlərin təmin edilməməsini təklif edib.
Ümumilikdə 4 vəsatətdən 3- ü yəni, məhkəmə məktubları, "Yeni Klinaka" və ofisdəki görüntülərlə əlaqəli vəsatətləri təmin edib. Yalnız 161 və 102 xidmətləri ilə əlaqədar vəsatətlər təmin edilməyib.
Daha sonra Konstantin Kuçer deyib ki,həbsi ilə əlaqədar yaranan problemlərə görə övladlarından birinin təhsilində geriləmə olur. Onun vəkili Kuçerin ailə, özladlarının təhsili, kompaniyada yaranan problemləri nəzərə alaraq onun ev həbsinin verilməsini istəyib.
Daha sonra Oleq Krapivin vəkili çıxış edib və Oleqin heçvaxt mühakimə olunmadığını, onun az ağır cinayətlər kateqoriyası ilə təqsirləndirildiyini, səhhəti ilə bağlı problemləri və onun artıq 8 aydan çoxdur ki həbs olunduğunu habelə həbsi üçün heçbir sübutun olmadığını nəzərə alaraq ev həbsinə buraxılması ilə bağlı vəsatət verib.
Məhkəmə hər iki vəsatəti təmin etməyib.
Məhkəmənin növbəti iclası aprelin 18-də davam edəcək
Qeyd edək ki, “Oleq Bakinski” ötən il Bakıda Rusiya vətəndaşına qarşı xuliqanlıq etməkdə ittiham olunaraq polis tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü ( xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində həbs qətimkan tədbiri seçilib. Daha sonra ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham verilib. Cinayət işi üzrə “Oleq Bakinski” ilə yanaşı, 2010-2011-ci illər ərzində Ukraynanın müdafiə sənayesi nazirinin aviasiya məsələləri üzrə müavini vəzifəsində çalışmış Konstantin Antonoviç Kuçer də təqsirli bilinir.
Zərərçəkən qismində "Aviazapchast" ASC, "Promyshlennye Postavki Kazakhstan" MMC və Zaxarenkov Valeriy Nikolayeviç tanınıb.
Humay Eminqızı