Azərbaycanda hakim təyinatları ilə bağlı dəyişiklik təklif olunur


  • 12:56

Azərbaycanda Konstitusiya Məhkəməsi hakimlərinin təyinatı ilə bağlı dəyişiklik təklif olunur.

E-huquq.az xəbər verir ki, belə bir təkliflə Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən iclasında çıxış edib.

O bildirib ki, hazırda Konstitusiya Məhkəməsinin 9 üzvü var və onlardan yalnız 3-ü əvvəllər hakim işləyən şəxslərdir.

“Bizdə Konstitusiya Məhkəməsinin hakimləri 5 il hüquqşünas işləyən şəxslər sırasından seçilir. Lakin qanunvericilikdə yüksək hakim vəzifəsi yoxdur. Ona görə də təklif edirəm ki, belə qayda müəyyən olunsun ki, birinci instansiya məhkəmsində 5 il işləmiş hakim Apellyasiya Məhkəməsinin üzvü təyin oluna bilər, 5 il Apellyasiya Məhkəməsinin üzvü işləyən hakim Ali Məhkəmənin üzvü təyin oluna bilər və ən azı 5 il Ali Məhkəmənin üzvü təyin olunmuş şəxs Konstitusiya Məhkəməsinin üzvü təyin oluna bilər”, - deyə deputat qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər