- 12:56
“Nikah müqaviləsinin olmaması boşanma zamanı məhkəmənin yükünü artırır”.
E-huquq.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında deyib.
“Azərbaycanda nikah müqaviləsi könüllüdür. Təcrübədə görürük ki, nikah bağlanarkən tərəflər bir-birinə cehiz, yaxud ziynət əşyaları alır. Lakin boşanma zamanı milli mənəvi dəyərlər ciddi problemlər yaradır. Uşağın taleyi qıraqda qalır, üzüyün qaşı məhkəmənin əsas predmetinə çevrilir. Bizdə nikah müqaviləsi olmadığına görə, nikahdan qabaq kim kimə nə verirsə, bəlli olmur. Bəzən deyirlər ki, üzüyün qaşı dəyişdirilib. Boşanma halında isə məhkəmə birbaşa onu icraya yönəldir. Nikah müqaviləsi bu mənada məhkəmənin iş yükünü azaltmış olar. Avropada da hər şey sənədləşmə əsasında həyata keçirilir. Əgər mediasiya institutuna dəstək vermək istəyiriksə biz də bu təcrübəyə keçməliyik”, - deyə deputat bildirib.
Şəbnəm Mehdizadə