Hafiz Nəsibov Gürcüstanda səfərdə olub - FOTO


  • 10:46

2025-ci il 12-14 mart tarixlərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının sədri Hafiz Nəsibovun başçılıq etdiyi nümayəndə heyəti Gürcüstana səfərə gedib.

Bu barədə e-huquq.az-a Ali Məhkəmədən məlumat verilib.

Səfər çərçivəsində Gürcüstan Ali Məhkəməsinin və Ali Ədliyyə Şurasının sədri Nino Kadagidze ilə görüş keçirilib. Görüşdə ölkələrimiz arasında olan sıx dostluq və strateji əlaqələr diqqətə çatdırılıb, məhkəmə orqanları arasında əməkdaşlığın genişləndirilməsi və bu istiqamətdə təcrübə mübadiləsinin vacibliyi vurğulanıb.

Sonra Gürcüstan Ali Məhkəməsinin Cinayət Palatasının sədri və üzvləri ilə görüş keçirilib, məhkəmə islahatları, mövcud məhkəmə praktikası və bu sahədə aktual məsələlər, o cümlədən qətimkan tədbirlərinin tətbiqi sahəsində fikir mübadilələri aparılıb.

Səfər zamanı həmçinin, Tbilisi və Rustavi şəhər məhkəmələrində görüşlər keçirilib. Nümayəndə heyəti girov qətimkan tədbirinin tətbiqi, ittiham və müdafiə tərəfləri arasında olan prosessual razılaşmanın təsdiqi üzrə işlərə baxılması ilə bağlı məhkəmə proseslərində iştirak edib.

Oxşar xəbərlər