- 19:20
Bakıda keçmiş həyat yoldaşını döyməkdə təqsirləndirilən Kərim Mirəliyevin (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
E-huquq.az-ın məılumatına görə, Abşeron Rayon Məhkəməsində hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, K.Mirəliyev Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib və ona 6 ay müddətinə azadlığın məhdudlaşdırılması(elektron qolbaq) cəzası təyin edilib.
Qeyd edək ki, 1967-ci il təvəllüdlü K.Mirəliyev bir həyətdə lakin ayrı-ayrı evlərdə yaşadığı keçmiş həyat yoldaşı Gülşən Əliyevanın (ad-soyad şərtidir) onun da istifadə etdiyi "Wi-Fi" internet şəbəkəsini söndürməsindən əsəbiləşərək sonuncunun evinə gedərək mübahisə edib və qadının üzərinə hücum edib onu döyüb.
Şəbnəm Mehdizadə