- 11 Mart 21:17
Gədəbəydə əmisi oğluna xəsarət yetirməkdə Nigar Kazımovanın (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
E-huquq.az-ın məlumatına görə, Gədəbəy Rayon Məhkəməsinin hakimi Fizuli Mirzəquliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, N.Kazımova Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib və ona 9 ay müddətə azadlığın məhdulaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.
Qeyd edək ki, Gədəbəy rayonu, Yenikənd kəndi ərazisində baş verib. Belə ki, 1976-cı il təvəllüdlü N.Kazımovanın qardaşı K.Kazımov ilə əmisi oğlu İ.Kazımov arasında yol mübahisəsi səbəbindən münaqişə baş verib. Bu zaman N.kazımova yerdən götürdüyü daş parçası ilə əmisi oğlunun ağız nahiyyəsinə vuraraq ona xəsarət yetirib.
Şəbnəm Mehdizadə