Qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı qadını bıçaqlayan şəxsə şərti cəza verildi


  • 11 Mart 17:39

Bakıda kirayədə qaldığı evin sahibini bıçaqlamaqda təqsirləndirilən Ruslan Ağayevin (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, R.Ağayev Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib və ona 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən təyin edilmiş cəza şərti olaraq tətbiq edilməklə 2 il sınaq müddəti müəyyən edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyul ayında Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində baş verib. R.Ağayev zərərçəkmiş N.Məmmədova ilə (şərti) qeyri-rəsmi ər-arvad münasibətində olub və sonuncuya məxsus evdə kirayədə qalırmış. R.Ağayev N.Məmmədovanın onun kirayə yaşadığı fərdi həyət evindən çıxmasını tələb etməsi, onunla birgə yaşamasından imtina etməsi, habelə çimərliyə getməsindən şübhələnərək üzərində gəzdirdiyi istintaqla müəyyən olunmayan kəsici-deşici alətlə (bıçaqla) N.Məmmədovanın bədəninin müxtəlif nahiyyələrinə qəsdən bir neçə dəfə vurub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər