"AL Market"dən 2 min manatlıq siqaret oğurlamaqda təqsirləndirilən şəxsə elektron qolbaq taxıldı


  • 11 Mart 17:16

Bakıda mağazadan oğurluq etməkdə təqsirləndirilən Nurlan Məmməıdovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

E-huquq.az-ın məlumatına görə, Sabunçu Rayon Məhkəməsində hakim Elnurə Rəcəbovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, N.Məmmədov Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 3 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

Qeyd edək ki, 1984-cü il təvəllüdlü N.Məmmədov Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsində yerləşən "AL Market" gəlib, özü ilə gətirdiyi dəmir parçası vasitəsi ilə marketin qapısını açaraq həmin marketə qanunsuz daxil olub, daha sonra marketin içərisində saxlanc yeri hesab edilən anbarın da qapısını əlində olan dəmir parçası vasitəsilə açaraq qanunsuz daxil olub oradan dəyəri təxminən 2 300 manat olan tütün məmulatları oğurlayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər