- 11 Mart 21:17
2025-ci il martın 10-da Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasının ilk iclası keçirilib.
Bu barədə e-huquq.az-a Şuradan məlumat verilib.
İclasda Məhkəmə-Hüquq Şurasının, habelə birinci və apellyasiya instansiyası məhkəmələrinin aparatlarına dövlət qulluğunun müvafiq vəzifələrinə qəbulla bağlı müsahibələrin nəticələri üzrə verilən şikayətlərə namizədlərin və müsahibə komissiyasının üzvlərinin iştirakı ilə baxılaraq müvafiq qərarlar qəbul olunub.
İclasda həmçinin cari məsələlər, qarşıda duran vəzifələr müzakirə edilib.