- 11 Mart 21:17
Anasının sevgilisini bıçaqlamaqda təqsirləndirilən Elmar Yusifova (ad-soyad şərtidir) hökm oxunub.
E-huquq.az-ın məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən porsesdə E.Yusifov Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib və 3 il müddətə azadlıqdan məhrum edilib. Ona təyin edilmiş 3 il müddətə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilib.
Qeyd edək ki, 2009-cu il təvəllüdlü E.Yusifov ötən ilin noyabrında anasına məxsis evin həyətində olarkən anasının sevgi münasibətində olduğu N.Nağıyev (şərti) ilə həmin həyətdə rastlaşıb. Bu zaman sonuncunun həmin həyətə hansı səbəbdən gəlməsini aydınlaşdırmaq istəyərkən zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranıb. E.Yusifov cib bıçağı ilə N.Nağıyevin qarın nahiyəsinə bir zərbə və sol çiyin nahiyəsinə bir zərbə vurub.
Şəbnəm Mehdizadə