1980-cı ildən Qarabağda Ermənistan tərəfindən 40-ya yaxın cinayətkar birlik yaradılıb - SİYAHI


  • 6 Mart 21:32

1980-cı ildən Qarabağda Ermənistan tərəfindən yaradılan və onun rəhbərliyi ilə fəaliyyət göstərən cinayətkar birliklərin adları açıqlanıb.

E-huquq.az xəbər verir ki, bu barədə erməniəsilli şəxslərin məhkəməsində Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli və dövlət ittihamçısı Fuad Musayev məlumat verib.

Onlar qeyd edib ki, Ermənsitan SSR-in ərazisində və Azərbaycan SSR-in tərkib hissəsi olan Qarabağda Ermənistan tərəfindən yaradılan və onun rəhbərliyi ilə fəaliyyət göstərən cinayətkar birliyin özəyini təşkil edən, 1980-cı illərdə Qarabağda və Ermənistanda yaradılmış 40-a qədər “Böyük Tiqran”, “David Sasunski”, “Arçiv”, “Daşnaksakaner”, “Şuşa”, “Sasun”, “Maral”, “Ağdərə bölüyü”, “Xankəndi alayı”, “Sisiyan bölüyü”, “Hadrut bölüyü”, “Sasna Srer bölüyü”, “Xaçlılar”, “Erkrap-Könüllülər dəstəsi”, “Malatiya”, “Arabo”, “Muş” və digər qanunsuz silahlı birləşmələrin yaradılıb.

Həmin cinayətkar təşkiların məqsədləri, fəaliyyəti və rəhbərlərinə dair sənədləri məhkəməyə təqdim edilib.

Oxşar xəbərlər