“Məhkəmə qərarlarının icra edilməməsi haqlı narazılıqlara səbəb olub”


  • 3 Mart 11:41

“Məhkəmə qərarlarının borclu qismində cəlb edilmiş müvafiq dövlət qurumları tərəfindən icra edilməməsi və ya icrasının gecikdirilməsi vətəndaşların haqlı narazılıqlarına səbəb olub”.

E-huquq.az xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində öz əksini tapıb.

Qeyd edilib ki, problemlə bağlı aidiyyəti dövlət qurumlarına ünvanlanmış müraciətlərə verilmiş cavablarda, bir qayda olaraq həmin qurumun büdcədən maliyyələşdiyi əsas gətirilib, tələb olunan vəsaitin müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrılacağı təqdirdə məhkəmə qərarının icrasının təmin ediləcəyi bildirilib.

“Borclu dövlət qurumlarına münasibətdə məhkəmə qərarlarının icrasında mövcud olan bu kimi çətinliklər zəruri icra mexanizminin və təsir vasitələrinin qənaətbəxş olmaması, habelə məhkəmə qərarlarının icrasına nəzarətin effektiv təşkil edilməməsi ilə bağlıdır. Odur ki, borclu dövlət orqanlarına münasibətdə məhkəmə qərarlarının icrası mexanizminin işlənib hazırlanması, həmçinin bununla bağlı Dövlət Büdcəsində maliyyə vəsaitinin nəzərdə tutulması zəruridir”, - deyə məruzədə bildirilib.

Mənbə: Qafqazinfo

Oxşar xəbərlər