Kərəm Mansurov: "MHŞ Aparatı məhkəmə sisteminin təkmilləşdirilməsi naminə kompleks işlər həyata keçirir"


  • 28 Fevral 18:35

"Məhkəmə-Hüquq Şurasının Aparatı məhkəmə sisteminin təkmilləşdirilməsi naminə kompleks işlər həyata keçirir".

E-huquq.az xəbər verir ki, bu sözləri Məhkəmə-Hüquq Şurasının Aparat (MHŞ) rəhbəri, Hakimlərin Seçki Komitəsinin və Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) üzvü Kərəm Mansurov Azərbaycan Hakimlərinin ilk Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, normayatma, beynəlxalq təşkilatlarla və xarici ölkələrin məhkəmələri ilə əməkdaşlıq, rəqəmsal ədalət mühakiməsi, vətəndaş məmnunluğu, şəffaflıq, məhkəmələrə əlçatanlıq, habelə digər institsional istiqamətlərdə fəaliyyətin təkmilləşdirilməsi işləri davam etməkdədir: "Görülən işlərlə bağlı təqdimatda ətraflı məlumat verildi. Ölkə başçısının da vurğuladığı kimi, məhkəmə sistemində islahatların əvvəli var, sonu yoxdur. Bir sözlə, bu, davamlı bir prosesdir. Bu baxımdan qarşıda hədəflər və yeniliklər çoxdur" - deyə K. Mansurov qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər