- 20:21
Bu gün Hakimlərin Konfransı təşkil edilib. Konfransda Məhkəmə-Hüquq Şurasının tərkibinə seçkilər keçirilib.
E-huquq.az xəbər verir ki, Konfrans üzvlərinin yekdil səsi ilə Xankəndi şəhər Məhkəməsinin sədri İlkin Abdullayev birinci instansiya məhkəmələrini təmsil edən hakim qismində Məhkəmə-Hüquq Şurasının üzvü seçilib.
Bununla da Məhkəmə-Hüquq Şurasının tam tərkibi formalaşıb.
Qeyd edək ki, Şuranın 15 üzvü var.