- 20:21
Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının sədri Hafiz Nəsibov təltif olunub.
E-huquq.az-ın məlumatına görə, o, “İlin hakimi” mükafatına layiq görülüb.
H.Nəsibov 2010-cu ildən Ali Məhkəməsinin hakimidir. O, 2020-ci ildə Cinayət kollegiyasının sədri təyin olunub.
H.Nəsibov 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə hakim vəzifəsini nümunəvi yerinə yetirdiyinə görə “Tərəqqi” medalı ilə təltif edilib. 2023-cü ildə isə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
H.Nəsibov hakimlik fəaliyyəti dövründə yüksək peşəkarlıq və prinsipiallığı ilə seçilib, qəbul etdiyi obyektiv və qanuni qərarlarla cəmiyyətin yüksək rəğbətini qazanıb. O, xüsusən Ali Məhkəmənin Cinayət Kollegiyasına rəhbərlik etdiyi dövrdə cinayət işləri üzrə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə, habelə vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına mühüm töhfələr verib.
Qeyd edək ki, Azərbaycan Hakimlərinin ilk Forumu keçirilib. Tədbirdə müxtəlif nominasiyalar üzrə bir neçə hakimə “İlin hakimi” mükafatı təqdim edilib.
Şəbnəm Mehdizadə