Mübariz Əkbərov: "Hakimlərin nüfuzu hüquqi dövlətin dayaqlarını möhkəmləndirən amillərdən biridir"


  • 28 Fevral 11:07

"Hakimlərin intizam məsuliyyəti məsələlərində Məhkəmə-Hüquq Şurasının fəaliyyət prinsipi Avropa Hakimlərinin Məşvərətçi Şurasının (CCJE) müvafiq tövsiyələri ilə üst üstə düşür”.

E-huquq.az xəbər verir ki, bu sözləri Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov Azərbaycan Hakimlərinin ilk Forumunda deyib.

O bildirb ki, hakimlik peşəsi yüksək məsuliyət və cəmiyyət qarşısında öhdəlik tələb edən vəzifədir: "Hakimlərin peşəkarlığı və nüfuzu təkcə məhkəmə sisteminin deyil, bütövlükdə hüquqi dövlətin dayaqlarını möhkəmləndirən amillərdən biridir".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər