Hakimlərin Qiymətləndirilməsi Komitəsinə yeni səlahiyyətlər veriləcək


  • 28 Fevral 10:38

"Hakimlərin Qiymətləndirilməsi Komitəsinə əlavə səlahiyyətlər verilməsi nəzərdə tutulub".

E-huquq.az xəbər verir ki, bunu Ali Məhkəmənin Mülki kollegiyasının sədri Sənan Hacıyev Azərbaycan Hakimlərinin ilk Forumunda deyib.

O bildirib ki, hakimlərin ixtisaslaşmalarının məhkəmə daxilində dəyişdirilməsi artıq Komitənin səlahiyyətinə buraxılır: "Komitənin rəyi alınmadan hər hansı bir hakimin məhkəmədə ixtisaslaşmasının dəyişdirilməsinə yol verilməyəcək".

S.Hacıyevin sözlərinə görə, qaydalara əsasən, ixtisasın dəyişdirilməsi məsələsi Komitədə müzakirə olunarkən həmin hakimin dinlənilməsi nəzərdə tutulur: "Hesab edirəm ki, bu da hakimlərimizi sevindirən yeniliklərdən olacaq".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər