- 20:21
"Məhkəmə-Hüquq Şurasının hakimlərin və məhkəmə aparatı işçilərinin tədris ehtiyaclarının müəyyənləşdirilməsi səlahiyyətlərinin genişləndirilməsindən sonra qısa müddətdə bütün tədris proqramlarının benefisiarların ehtiyyaclarına uyğun olaraq yenilənməsi təmin edilib".
E-huquq.az xəbər verir ki, bunu Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Azərbaycan Hakimlərinin ilk Forumunda deyib.
O bildirib ki, Ədliyyə Nazirliyi ilə qurulmuş uğurlu əməkdaşlıq çərçivəsində bu proqramlara uyğun olaraq təkcə ötən il 550-dək hakim çoxsaylı təlim və ixtisasartırma kurslarına cəlb edilib.
Sədr vurğulayıb ki, Hakimlər İttifaqının xətti ilə mülki və inzibati işlər üzrə ədalət mühakiməsinin həyata keçirilməsi sahəsində təşkil edilmiş təcrübə mübadiləsi proqramları da hakimlər üçün faydalı olub.
Şəbnəm Mehdizadə