"Görülən işlərin uğurlu nəticəsi şərəfli hakim adının daim uca tutulmasından asılıdır"


  • 28 Fevral 10:25

"Həyata keçirilən islahatlar, görülən bütün işlərin uğurlu nəticəsi məhkəmə hakimiyyətinin təmsilçilərinin qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmaları, qanunun aliliyini rəhbər tutmaqla humanist prinsiplərə əsaslanmalarından, habelə şərəfli hakim adını daim uca tutmalarından asılıdır".

E-huquq.az xəbər verir ki, bunu Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Azərbaycan Hakimlərinin ilk Forumunda deyib.

"Bu baxımdan, hakimlərimiz ədalət mühakiməsinin həyata keçirilməsi zamanı istinad edilən prinsiplərə riayət etməli, daim bilik və təcrübələrini inkişaf etdirməlidirlər", - deyə o bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər