- 20:21
"Ötən dövr kifayət qədər səmərəli və məhsuldar olmuşdur. Amma buna baxmayaraq qarşımızda bir sıra vəzifələr və hədəflər durur".
E-huquq.az xəbər verir ki, bunu Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Azərbaycan Hakimlərinin ilk Forumunda deyib.
O bildirib ki, məhkəmələrdə iş yükünün optimallaşdırılması, vahid məhkəmə təcrübəsinin tətbiqinin genişləndirilməsi, işlərə çevik baxılmasının təşkili, kağızdan azad tam elektron icraata keçidin təmin edilməsi və bununla da vətəndaş məmnunluğunun artırılması xüsusi əhəmiyyət kəsb edir.
"Göstərilən məsələlərlə yanaşı, hakimlərin iş şəraitinin yaxşılaşdırılması məsələsi də diqqət mərkəzindədir", - deyə İ.Kərimov əlavə edib.
Şəbnəm Mehdizadə