- 20:21
"Şübhəsiz ki, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında ən mühüm cəhətlərdən biri vahid məhkəmə təcrübəsinin formalaşdırılmasıdır".
E-huquq.az xəbər verir ki, bunu Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Azərbaycan Hakimlərinin ilk Forumunda deyib.
O bildirib ki, vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etməklə, vətəndaşlara öz hərəkətlərinin hüquqi nəticələrini öncədən görmə imkanı verir ki, bu da öz növbəsində onların məhkəmələrə etimadını gücləndirir.
"Bu baxımdan ötən dövr ərzində Ali Məhkəmə tərəfindən xeyli sayda təcrübəni müəyyən edən əhəmiyyətli qərarlar qəbul edilib, habelə bu təcrübəyə əlçatanlığın təmin edilməsi məqsədi ilə qərarların indeksləşdirilməsi qaydaları təsdiq edilərək, ictimaiyyət üçün açıq olan yeni axtarış sistemi istifadəyə verilib", - deyə sədr qeyd edib.
Şəbnəm Mehdizadə