- 20:21
"Cinayət Prosessual Məcəlləyə müvafiq dəyişikliklərin edilməsi üzərində işlər demək olar ki, yekunlaşıb".
E-huquq.az xəbər verir ki, bu sözləri Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov Azərbaycan Hakimlərinin ilk Forumunda söyləyib.
Onun sözlərinə görə, bu dəyişikliklər cinayət prosesində tərəflərin hüquqlarının təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
"Həmçinin hesab edirəm ki, ədalət mühakiməsinin səmərəliliyinin artırılması baxımından digər məsələlər də böyük əhəmiyyət kəsb edir. Bunlardan biri hakimlərinin sayının artırılmasıdır. Məhkəmə Hüquq Şurası bu məsələni diqqətdə saxlayır. Həmçinin yeni məhkəmələrin formalaşdırılması, məhkəmə binalarının daha müasirləşdirilməsi ədalət mühakiməsinin səmərəliliyində vacib rol oynayır. Həm Məhkəmə-Hüquq Şurası, həm də Ali Məhkəmə tərəfindən bu istiqamətdə müvafiq tədbirlər görülür", - deyə Ç.Əsgərov bildirib.
Şəbnəm Mehdizadə