Azərbaycanda məhkəmə hakimlərinin sayı açıqlandı


  • 28 Fevral 09:44

"Məhkəmə-Hüquq Şurası ölkədə ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə hakim korpusunun yeni nəsil gənc hüquqşünaslarla komplektləşdirilməsinin əhəmiyyəti nəzərə alınaraq, ilk növbədə hakimliyə namizədlərin seçim prosedurunu təkmilləşdirməklə, bu prosesin daha çevik xarakter almasına nail olub".

E-huquq.az xəbər verir ki, bunu Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Azərbaycan Hakimlərinin ilk Forumunda deyib.

O bildirib ki, görülmüş tədbirlər nəticəsində ötən qısa müddət ərzində 140-a yaxın hakimliyə namizəd seçilərək müxtəlif birinci instansiya məhkəmələrinə təyinat alıb ki, bu da hakim korpusunun say tərkibinin ilk dəfə olaraq ən yüksək həddə - 628 nəfərə çatdırılmasına imkan verib.

"O da nəzərə alınmalıdır ki, hazırda 330-dan çox namizəd seçim prosesinin müxtəlif mərhələsindədir. Namizədlərin təyinat yerini topladıqları bala uyğun özlərinin seçmələri isə bu sahədə şəffaflığın və obyektivliyin, eləcə də ictimai inamın artırılmasında mühüm rol oynamışdır. Bu istiqamətdə aparılmış işlər yuxarı instansiya məhkəmələrində mövcud vakansiyaların peşəkar kadrlarla komplektləşdirilməsinə də imkan verib ki, bu çərçivədə 60-dək təcrübəli hakim yuxarı instansiya məhkəmələrinə irəli çəkilib", - deyə İ.Kərimov qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər