Arvadını döyən şəxsə elektron qolbaq taxıldı


  • 26 Fevral 16:42

Abşeronda həyat yoldaşını döyməkdə təqsirləndirilən Elçin Əhmədovu cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, Abşeron Rayon Məıhkəməsində hakim Abusət Qasımovun sədrliyi iləı keçirilən prosesdə hökm oxunub.

Hökkmə əsasən, E.Əhmədov Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 6 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

İttihama görə, E.Əhmədov yanvar ayında ailə üzvləri ilə birlikdə yaşadığı Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi yaşayış evində arvadının mobil telefon vasitəsi ilə danışdığına görə irad bildirərkən həmin səbəbdən ailə daxili münasibətlər zəmnində aralarında yaranmış narazılıqla əlaqədar mübahisə etdikdə əsəbiləşərək sonuncunun üzərinə hücum edib və onu döyüb.

Belə ki, hadisə günü evdə olan zaman arvadı Nəzakət (şərti) onun dayısı qızı Pərvanə (şərti) ilə mesajlaşdığını görərək, yersiz qısqanclıqlar edərək, mübahisə yaradıb. E.Əhmədov əsəblərini cilovlaya bilməyərək, yumuruğu ilə Nəzakətin sifət nahiyəsindən vuraraq onu döyüb. Həmin vaxt evdə kənar şəxs olmayıb və onun etdiyi hərəkətlərin qarşılığı olaraq Nəzakət ona qarşı hər hansı zorakılıq hərəkətləri etməyib. E.Əhmədov sonda əməlindən peşman olub, zərərçəkmiş şəxslə barışıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər