- 26 Fevral 16:42
"Kanal13" internet televiziyasının rəhbəri Əziz Orucovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
E-huquq.az xəbər verir ki, Səbail Rayon Məhkəməsinin hakimi Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, o, iki il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, dövlət ittihamçısı Əziz Orucovun iki il altı ay müddətə azadlıqdan məhrum edilməsini istəyib.