Kafe sahibini bıçaqlayan müştəriyə 7 il cəza verildi


  • 20 Fevral 17:31

Zaqatalada həmkəndlisini bıçaqlamaqda təqsirləndirilən Tural Bayramovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, T.Bayramov Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə təqsirli bilinərək 7 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə Zaqatalanın Qandax kəndində "Master" adlı kafedə baş verib. Belə ki, kafeyə müştəri kimi gələn 1986-cı il təvəllüdlü Tural Bayramovla kafeni işlədən1991-ci il təvəllüdlü Nurlan Muradov arasında mübahisə baş verib. Mübahisə zamanı T. Bayramov üzərində olan bıçaqla Nurlan Muradova çoxsaylı bıçaq xəsarətləri yetirib. Yaralı Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər