Qonşusunun telefon zənginə görə 20 illik arvadını döydü


  • 17 Fevral 18:12

Biləsuvarda kişi gecə saatlarında gələn telefon zənginə görə arvadını döyüb.

E-huquq.az-ın məlumatına görə, məhkəmə iclasında təqsirləndirilən şəxs deyib ki, artıq 20 ildir ki, zərərçəkmiş şəxs ilə dini nikah bağlamaqla, faktiki ər-arvad münasibətlərində yaşayırlar. Onların 2 övladı var. O, rəsmi olaraq heç bir yerdə işləməsə də, günəmuzd fəhləlik etməklə, ailəsini dolandırır, arvaadı isə Kommunal Müəssisələr Kombinatında xadimə kimi çalışır. Onlar arasında münasibətləri həmişə normal olub. 22 yanvar 2025-ci il tarixdə, saat 11 radələrində arvadının mobil telefonuna qonşuları olan Polad adlı şəxs zəng edərək, Kəklik adlı qadının harada olmasını soruşub. Arvadı isə həmin şəxsə Kəklik adlı qadının harada olduğunu bilmədiyini bildirib və zəngi sonlandırıb. Bundan sonra o, əsəbiləşərək arvadına Polad adlı şəxsin zəng etməsinə görə iradını bildirib və buna görə də onlar arasında mübahisə yaranıb. Həmin mübahisə vaxtı o, özündən çıxaraq, arvadının ssağ göz nahiyəsinə yumruqla 1 dəfə zərbə endirib. Buna görə də zərərçəkmiş şəxs valideyninin evinə gedəcəyini bildirərək, yaşadıqları evdən çıxıb-gedib. O, bundan sonra sakitləşib və etdiyi əməldən peşman olub. Lakin arvadı onu bağışlamayarq, Biləsuvar rayon polis şöbəsinə onun barəsində şikayət edib.

Təqsirləndirilən şəxs əməlindən peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxslə barışdığını və himayəsində 2 uşağının olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edib.

Zərərçəkmiş şəxs də ifadəsində sonradan ərinin ondan üzr istədiyini və onunla barışdığını deyib. Bildirib ki, hazırla onlar birlikdə eyni evdə yaşayırlar. Sonda qadın əri ilə barışdığını və sonuncunun ona dəymiş zərəri ödədiyini nəzərə alaraq, məhkəmədən həmin şəxs barəsində yüngül cəza təyin etməsini xahiş edib.

Biləsuvar Rayon Məhkəməsinin hakimi Rəfail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, ər Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib və ona qazancından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla, 1 (bir) il müddətinə islah işləri növündə cəza təyin edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər