Çingiz Əsgərov: “Ölkəmizdə məhkəmə-hüquq islahatlarına xüsusi önəm verilir"


  • 15 Fevral 10:28

“Ölkəmizdə hər zaman hüquq sisteminin inkişafına, məhkəmə-hüquq islahatlarına xüsusi önəm verilib".

E-huquq.az xəbər verir ki, bu sözləri Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov söyləyib.

O bildirib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan məhkəmə-hüquq islahatları hazırda da uğurla davam etdirilir.

“Ali Məhkəmə olaraq biz də bu istiqamətdə öz töhfəmizi verməyə çalışırıq. Bunlardan biri də gənclərlə, gənc hüquqşünaslarla işin aparılmasıdır. Hazırda bu barədə Memorandum imzalanıb. Tələbələrin məhkəmələrin fəaliyyətinə cəlb edilməsi istiqəmətində fəal iştirak edirik. Ölkədə artıq geniş vüsət alan könüllük hərəkatına biz də dəstək vermək istədik. Buna görə də Ali Məhkəmədə "Femida" Könüllülər təşkilatı yaradılıb. Təşkilatın qərargahı Ali Məhkəmədə yerləşir. Fəxrlə deyə bilərik ki, təşkilat artıq bütün ölkəni əhatə edib. Təşkilatda 500-dən artıq könüllü birləşib. Onlar məhkəmələrdə, Vəkillər Kollegiyasında və digər qurumlarda fəaliyət göstərir. Bu ali məktəblərdəki hüquq fakültələrinə də böyük dəstəkdir. Bu təşkilatın fəaliyyəti gənc hüquqşünasların daha təcrübəli biliklərlə ali məktəbi bitirməsinə gətirib çıxaracaq”, - deyə o qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər