“Məhkəmə hakimiyyətinin özünüidarə orqanı: Məhkəmə-Hüquq Şurası” adlı dərs vəsaiti çap olundu


  • 12 Fevral 11:47

Milli Aviasiya Akademiyasının Hüquq şöbəsinin müdiri-baş hüquqşünası, İqtisadiyyat və hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor Ayxan Rüstəmzadə və Azərbaycan Respublikası Ədliyyə Akademiyasının Ədliyyə sahəsində idarəetmə kafedrasının müəllimi, hüquq elmləri doktoru, dosent Fərdin Xəlilovun “Məhkəmə hakimiyyətinin özünüidarə orqanı: Məhkəmə-Hüquq Şurası” adlı dərs vəsaiti çap olunub.

E-huquq.az xəbər verir ki, kitabda Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının hüquqi statusu, təşkil edilməsi və fəaliyyətinin hüquqi əsasları Azərbaycan Respublikasının Konstitusiyasının, “Məhkəmə-Hüquq Şurası haqqında” və “Məhkəmələr və hakimlər haqqında” qanunlarının, bir sıra digər milli qanunvericilik aktlarının, eləcə də, məhkəmələrin fəaliyyətinin nizamlanması sahəsində mövcud olan beynəlxalq norma və prinsiplərin təhlili əsasında ətraflı şəkildə izah edilib.

Kitabdan ali təhsil müəssisələrinin hüquq fakültələrinin müəllim və tələbələri ilə yanaşı, hakimlər, vəkillər, prokurorlar, hüquq-mühafizə orqanlarının digər əməkdaşları, hüquqşünas alimlər, elmi tədqiqatçılar da geniş istifadə edə bilər.

Qeyd edək ki, dərs vəsaiti Milli Aviasiya Akademiyasının Elmi Şurasının qərarı ilə çapa tövsiyə edilmişdir. Kitabın elmi redaktoru hüquq elmləri doktoru, professor Nazim Cəfərli, məsləhətçi Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurov, rəyçilər hüquq elmləri doktoru, professor Firüzə Abbasova və hüquq elmləri doktoru, professor Şəhla Səmədovadır.

Oxşar xəbərlər