Qayınatasının evindən oğurluq etməkdə təqsirləndirilən dərziyə hökm oxundu


  • 17:21

Naxçıvanda qayınatasının evindən oğurluq etməkdə təqsirləndirilən Tural Əliyevin (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə prososesi yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, Babək Rayon Məhkəməsinin hakimi Günay İsmayılın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, T.Əliyev Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Qeyd edək ki, 1989-cu il təvəllüdlü T.Əliyev dərzi fəaliyyəti ilə məşğul olurmuş. O,ötən ilin senyabr ayında qayınatasına məxsus Babək rayonu Hacıvar kəndində yerləşən evə qanunsuz daxil olmaqla evin qonaq otağındakı paltar şkafındakı mücrüdən zərərçəkmiş şəxsə məxsus 9000 manat pulu gizli olaraq talamaqla oğurluq edib. T.Əliyev dəymiş zərəri tam ödəyib və qayınatası ilə barışıq əldə edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər