- 10:10
Şabranda dələduzluq etməkdə təqsirləndirilən İlkin Məmmədovun (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
E-huquq.az-ın məlumatına görə, Şabran Rayon Məhkəməsində hakm Ayaz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, İ.Məmmədov Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
Qeyd edək ki, 1996-cı il təvəllüdlü İ.Məmmədov həmkəndlisi Ağadadaşın oğlunu Xəzər Dəniz Gəmiçiliyində gəmiyə aşpaz kimi işə düzəltməyə vəd edərək zərərçəkmişdən ümumilikdə 7 000 manat pul alıb və vədinə əməl etməyib. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə dəymiş zərəri tam ödəyib və zərərçəkmişlə barışıq əldə edib.
Şəbnəm Mehdizadə