"Moyka"dan qaçırdığı maşınla 3 avtomobili vurdu


  • 10 Fevral 17:39

Bakıda avtomobilini kimyəvi təmizləmə üçün avtoyuma məntəqəsinə berən şəxsin maşınını qaçıraraq qəza törədiblər.

E-huquq.az-ın məılumatına görə, Sabunçu Rayon Məhkəməsində keçirilən iclasda zərərçəkmiş şəxs deyib o, 05 iyun 2024-cü il tarixdə saat 11 radələrində “Chevrolet Malibu” markalı avtomobilini kimyəvi təmizləmə üçün avtoyuma yerinə verib. Avtomobilini növbəti güb təhvil alacaqmış və avtomobili avtoyuma yerində təmizləyən Kənan adlı şəxsdə olub.

O, gecə saat 1 radələrində evdə olan zaman avtoyumanın işçisi olan Kənan ona zəng edərək, avtomobilini vurduğunu deyib. O, harada olmasını soruşub və Kənan ona, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən restoranın qarşısında olduğunu deyib. O, dərhal hadisə yerinə gedib görüb ki, Kənan onun icazəsi olmadan, avtomobilini sürərək qəzalar törədib, yəni onun avtomobili ilə iki ədəd “Toyota Prius” markalı, bir ədəd “Wolkswagen Polo” markalı avtomobili vuraraq yararsız hala salıb. Sonda isə ünvan həyətdə giriş darvazasına çırpılması nəticəsində darvazanı yararsız hala salıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Bu barədə hadisə yerində olan şəxslərdən kimsə DİN-in 102 xidmətinə məlumat verib.

Mütəxəssisin ona verdiyi arayışdan məlum olub ki, ona ümumilikdə 10.045 (on min qırx beş) manat ziyan dəyib. O, avtomobilini avtoyuma məntəqəsinə verən zaman Kənana sürməyə icazə verməyib, ancaq kimyəvi təmizləmə edib təhvil almalı idi. Həmin şəxs onun icazəsi olmadan, avtomobilini çox sürətli şəkildə sürərək, qəzalar törədərək yararsız hala salıb.

Zərərçəkmiş ona dəymiş ziyanın ödənilməsini tələb edib.

Hakim Elnurə Rəcəbovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək və ona 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi barədə qərar çıxarıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər