Söyüşə görə Mənzil-İstismar hissəsinin işçisini bıçaqladı: "Qanı görüb qorxdum"


  • 10 Fevral 17:21

Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində yerləşən Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsinin qarşısında bıçaqlanma hadisəsi baş verib.

E-huquq.az xəıbər verir ki, cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin sədrliyi ilə baxılıb.

Məhkəmə iclasında təqsirləndirilən şəxs Taleh deyib ki yaşadığı evin həyətindəki qarajda tək yemək yeyib, saat təxminin 21:40 radələrində özünə məxsus velosipedlə H.Zeynalabdin qəsəbəsində yerləşən Mənzil İstismar Sahəsinin Rayon Elektrik Şəbəkəsinin qarşısından keçərkən tanışı Hacıverdinin şəbəkənin qarşısında qonşusu Nazirlə söhbət etdiyini görüb, bu zaman onlara yaxınlaşıb və Hacıverdiyə içəriyə, yəni şəbəkənin içərisinə girib əşyalara baxmaq istədiyini deyib. Bu zaman Nazir ona içəriyə keçməyə icazə verməyərək söyüş söyüb. Nazir və Hacıverdi həmin yerdə işləyirlər. Nazir ona icazə verməməsinə görə aralarında sözlü mübahisə baş verib, ancaq mübahisə böyüməsin deyə oradan uzaqlaşıb. Bir müddət sonra Nazirin onu nəyə görə səbəsiz yerə söydüyünü soruşmaq üçün yenidən həmin yerə qayıdıb, sonuncudan nəyə görə onu səbəbsiz söydüyünü soruşan zaman yenidən onu söyməyə başlayaraq üzərinə gəlib, o, həmin vaxt özünü saxlaya bilməyib və cibində olan bıçaqla onun sol döş qəfəsindən bir dəfə vurub. Bu zaman Nazirin sinə nahiyəsini qanayıb, həmin vaxt o çox qorxub və Nazirə yalvararaq onu bağışlamasını bildirib, bu zaman Hacıverdi ona uzaqlaşmasını deyib, bundan sonra Hacıverdi təcili tibbi yardıma zəng edib, o isə hadisə yerindən uzaqlaşmışıb. Qaçan zaman bıçağı hərbi polisin qarajının yanındakı şam ağacının arasında gizlədib evə gedib, səhərisi gün polis əməkdaşları onu bölməyə dəvət ediblər və o, polis əməkdaşlarına bıçağı gizlətdiyi yeri göstərib.

Taleh əməlindən peşman olduğunu bildirib, hazırda zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını, 2-ci qrup əlil olduğunu qeyd edərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edib.

Hakim Nahid Mirzəyev hökmü elan edib. Hökmə əsasən, o, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək və 3 il müddətə azadlıqdan məhrum edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər