- 16:29
Gəncə Kommersiya Məhkəməsində Türkiyənin "Nile Dış Ticaret" şirkətinin yerli şirkətə qarşı iddiasına baxılıb.
Bu barədə e-huquq.az-a şirkətin hüquqlarını müdafiə edən vəkil Pərviz Məmmədov məlumat verib.
Onun sözlərinə görə, "Nile Dış Ticaret" Azərbaycanda fəaliyyət göstərən şərab zavodlarından birinə 229 min dollar pul vəsaiti köçürüb və bunun müqabilində müəyyən məhsulların göndərilməsi barədə razılığa gəlinib.
Lakin yerli zavod müqavilə şərtlərini pozaraq həmin məhsulların göndərilməsini təmin etməyib. Bundan sonra Türkiyə şirkəti məhkəməyə üz tutaraq zavoda qarşı iddia qaldırıb. Gəncə Kommersiya Məhkəməsi iddianı təmin edib. Məhkəmə zavod tərəfindən 229 min dolların "Nile Dış Ticaret" şirkətinə geri qaytarılması barədə qərar qəbul edib.
Şəbnəm Mehdizadə