- 15:35
Rusiyada məktəbli istintaq təcridxanasına narkotik keçirməyə cəhd edib.
E-huquq.az "Lenta.ru"ya istinadən xəbər verir ki, Nijni Novqorod vilayətində içərisində narkotik olan konfetləri istintaq təcridxanasına keçirmək istəyən 17 yaşlı məktəbli saxlanılıb.
İlkin araşdırmalara əsasən, bunu təcridxanada saxlanılan dostunun istəyi ilə edib.
O, konfetlərin içinə mefedron və metadon dolduraraq görüş zamanı təcridxanada dostuna verməyə cəhd edib.
Faktla bağlı cinayət işi başladılıb.
Humay Eminqızı