"Tamstore"un xadiməsini vurub öldürən sürücüyə hökm oxundu


  • 6 Fevral 14:05

Bakının Qaradağ rayonu Sahil qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Nicat Əliyevin (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, Qaradağ Rayon Məhkəməsində hakim Teymur Qurbanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, N.Əliyev Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2024-cü ilin aprel ayında baş verib. Belə ki, 1987-ci il təvəllüdlü N.Əliyev idarə etdiyi "BMV" markalı avtomobillə Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu Sahil qəsəbəsi ərazisində hərəkətdə olan zaman yolu keçən piyada Z.Məmmədovanı (ad-soyad şərtidir) vurub. Qadın aldığı xəsarətlərdən ölüb. Z.Məmmədova "Tamstore" adlanan marketdə xadimə işləyirmiş. Hadisə qadın işdən evə qayıdarkən baş verib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər