Qubada ölümlə nəticələnən yol qəzası ilə bağlı məhkəmə başlayır


  • 6 Fevral 11:43

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Kənan Cabbarovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Sumqyaıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Aynur Rzayevanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası fevralın 17-nə təyin olunub.

Qeyd edək ki, 1996-cı il təvəllüdlü Kənan Cabbarov Quba şəhəri, Heydər Əliyev prospektində idarə etdiyi "Mercedes" markalı 90-KV- 446 dövlət qeydiyyat nişanlı avtomobillə İkinci Nügədi kənd sakini 1982-ci təvəllüdlü Elşad Qayıbovun idarə etdiyi "Opel" markalı avtomobil toqquşub. Hadisə nəticəsində Elşad Qayıbov hadisə yerində həyatını itirib. Kənan Cabbarova qarşı Cinayət Məcəlləsinin 263.-1.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər