Həyat yoldaşına mesaj yazdığına görə həmyerlisini bıçaqlayan şəxs hakim qarşısına çıxarılır


  • 6 Fevral 11:28

Bakıda həmyerlisini bıçaqlamaqda təqsirləndirilən Nizami Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Anar Sadıqovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası fevralın 19-da baş tutacaq.

Qeyd edək ki, Nizami Əliyev Bakının Binə qəsəbəsində yerləşən dəmir alqı-satqısı obyektində həmyerlisi, 1980-ci il təvəllüdlü Şahpur Cəfərovu bıçaqlamaqda təqsirləndirilir. Ş.Cəfərovun N.Əliyevin həyat yoldaşına bəzi mesajlar göndərdiyinə görə N.Əliyev sözügedən şəxsin işlədiyi obyektə gedərək onu bıçaqladığı müəyyən edilib. Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər