- 15:37
Azərbaycan Ordusunun Quru Qoşunlarının mühasibi vəzifəsində çalışmış rüşvət almaqda ittiham olunan Alı Əliyevin cinayət işi üzrə məhkəmə başlayıb.
E-huquq.az xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası fevralın 18-nə təyin edilib.
Qeyd edək ki, Quru Qoşunların mühasibi vəzifəsində çalışmış Alı İsrayıl oğlu Əliyev qulluqda olarkən digər vəzifəli şəxslərlə əlbir olaraq pul müqabilində hərbi qulluqçuların xidməti yerlərinin dəyişdirilməsini təşkil etməkdə və başqa cinayət əməllərini törətməkdə ittiham olunur.
Ona ötən ilin mart ayında Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə ittiham elan olunub və Bakı Hərbi Məhkəməsinin qərarına əsasən, barəsində həbs qətimkan tədbiri seçilib.
Mənbə: APA