- 15:28
Ağdaşda tanışını öldürməkdə təqsirləndirilən Qadir Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Günay Aşurovanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası fevralın 18-nə təyin olunub.
Qeyd edək ki, 1970-ci il təvəllüdlü Qadir Məmmədov Ağdaş rayonu ərazisində yerləşən şadlıq evlərindən birinin qarşısında aralarında yaranmış mübahisə zamanı 1996-cı il təvəllüdlü İlkin İsgəndərlini öldürməkdə təqsirli bilinir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə