- 18:37
Lənkəranda adam öldürməkdə təqsirləndirilən Ruslan Məmizadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Ayşən Vəliyevanın icraatına verilib. Məhkəmənin hazırlıq iclası fevralın 13-də keçiriləcək.
Qeyd edək ki, 2003-cü il təvəllüdlü Məmizadə Ruslan Lənkəran rayonu ərazisində 2000-ci il təvəllüdlü Elnur Cəfərovu bıçaqlayaraq öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə