Bakıda adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır


  • 15:16

Bakıda adam öldürməkdə təqsirləndirilən Təbriz Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Elnur Nuiryevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası fevralın 14-də keçiriləcək.

Qeyd edək ki, Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş 1981-ci il təvəllüdlü Təbriz Həsənov kəsici alətlə 1987-ci il təvəllüdlü Azər İbrahimovu qətlə yetirməkdə təqsirləndirilir. O, cinayət əməlini törətdikdən sonra hadisə yerini tərk edərkən naməlum avtomobil tərəfindən vurularaq xəsarət alıb. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər