Hakimlərin Qiymətləndirilməsi Komitəsinin sədri seçildi - FOTO


  • 3 Fevral 18:49

2025-ci il fevralın 3-də Hakimlərin Qiymətləndirilməsi Komitəsinin iclası keçirilib.

Bu barədə e-huquq.az-a Məhkəmə-Hüquq Şurasından məlumat verilib.

İclasda Komitə üzvlərinin yekdil səsi ilə Ali Məhkəmənin hakimi Əhliman Xıdırov Hakimlərin Qiymətləndirilməsi Komitəsinin sədri seçilib.

Daha sonra “Hakimlərin qiymətləndirilməsi qaydaları və metodologiyası”nın yeni layihəsi, 2025-ci il üzrə fəaliyyətinin qiymətləndirilməsi nəzərdə tutulmuş hakimlər, məhkəmə sədrləri, sədr müavinləri və kollegiya sədrlərinin siyahısı və qiymətləndirmə qrafiki, habelə qarşıda duran vəzifələr müzakirə edilib.

Oxşar xəbərlər