- 14:43
"Zeytun Pharmaceuticals" cərimə oluna bilər.
E-huquq.az-ın məlumatına görə, apteklər şəbəkəsi barəsində İnzibati Xətalar Məcəlləsinin 452.1-ci (Apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və ya yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulması) maddəsi ilə inzibati protokol tərtib olunub.
İş Abşeron Rayon Məhkəməsinə göndərilib və hakim Abusət Qasımovun icraatına verilib.
Məhkəmənin baxış iclası fevralın 14-də keçiriləcək.
Qeyd edək ki, bu xətaya görə "Zeytun Pharmaceuticals"i yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə gözləyir.
Şəbnəm Mehdizadə