- 14:43
Apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və ya yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulmasına görə "Dokta" MMC-yə cərimə yazılıb.
E-huquq.az-ın məlumatına görə, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsi ilə tərtib olunan protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.
İş hakim Firuzə Kərimovanın sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclası fevralın 14-nə təyin olunub.
Protokol təsdiq olunarsa, "Dokta" yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə